Modern.az

ABŞ, Suriya, Türkiyə və Səudiyyə liderləri görüşdülər

ABŞ, Suriya, Türkiyə və Səudiyyə liderləri görüşdülər

14 May 2025, 16:02

ABŞ prezidenti Donald Tramp və Suriya prezidenti Əhməd əl-Şara Ər-Riyadda görüşüb.

Modern.az xəbər verir ki, görüş zamanı onlara onlayn rejimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman da qoşulub.

Prezident Ərdoğan onlayn görüş zamanı Trampın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarının tarixi əhəmiyyət kəsb etdiyini və Türkiyənin terror təşkilatları, xüsusilə də İŞİD-lə mübarizəsində Dəməşq rəhbərliyinə dəstəyini davam etdirəcəyini bildirib.

Ərdoğan ABŞ-ın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarının digər sanksiyalar tətbiq edən ölkələrə də nümunə olacağına inandığını bildirib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi