Modern.az

11-ci sinif şagirdini maşın vurub öldürdü

11-ci sinif şagirdini maşın vurub öldürdü

Hadisə

14 May 2025, 16:50

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, "Hyundai" markalı avtomobil hərəkətdə olan zaman digər avtomobilin arxasından qəfil çıxan piyada Turan Məcidovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətlər alan piyada ölüb.

Qeyd edək ki, T.Məcidov Nərəcan kənd tam orta məktəbinin 11-ci sinifində oxuyurdu.

Faktla bağlı araşdırma aparılır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi