Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkə üzrə ümumilikdə 310 mindən çox IV və VI sinif şagirdləri arasında monitorinq həyata keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, bu il ilk dəfə olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsi tabeliyində olan müəssisələrdə ümumilikdə 10 000 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur.