Modern.az

Azərbaycanda bitkiçilik "çiçəklənir" - 9,3 faiz artım

Azərbaycanda bitkiçilik "çiçəklənir" - 9,3 faiz artım

İqtisadiyyat

15 May 2025, 14:28

2025-ci ilin yanvar-aprel ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2345,5 milyon manat təşkil etmişdir ki, onun da 2151,5 milyon manatı heyvandarlıq, 194,0 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,8 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,1 faiz, bitkiçilik məhsulları istehsalı 9,3 faiz artmışdır.

Ölkədə yaz-tarla işləri aparılır və 2025-ci ilin yanvar-aprel aylarında 270,5 min hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu dövrdə 50,4 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 21,6 min hektarı dən üçün qarğıdalı), 40,5 min hektar sahədə kartof, 43,6 min hektar sahədə tərəvəz, 12,3 min hektar sahədə bostan bitkiləri, 63,7 min hektar sahədə pambıq, 9,9 min hektar sahədə dən üçün günəbaxan, 5,5 min hektar sahədə şəkər çuğunduru, 1,4 min hektar sahədə tütün, 39,3 min hektar sahədə çoxillik otlar, 3,7 min hektar sahədə birillik otlar və 0,2 min hektar sahədə sair yazlıq bitkilər əkilmişdir.

Təsərrüfatlarda yanvar-aprel aylarında 147,7 min ton tərəvəz və 52,0 min ton kartof istehsal olunmuşdur. Keçən ilin yanvar-aprel ayları ilə müqayisədə tərəvəz istehsalı 12,4 faiz, kartof istehsalı 2,1 faiz artmışdır.

2025-ci ilin yanvar-aprel aylarında quş əti də daxil olmaqla diri çəkidə 192,3 min ton ət, 701,9 min ton süd, 798,1 milyon ədəd yumurta və 1,9 min ton yun istehsal edilmiş, 2024-сü ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 4,4 faiz, ət istehsalı 1,2 faiz artmış, süd istehsalı eyni səviyyədə qalmış, yun istehsalı isə 4,6 faiz azalmışdır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi