Modern.az

Kartlardan 12 min manata yaxın pul oğurlandı

Kartlardan 12 min manata yaxın pul oğurlandı

Ölkə

16 May 2025, 09:48

Ötən gün vətəndaşların bank kartından 10 min manatdan çox manat talanıb.

Bu barədə Modern.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 15-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3200, 3118, 999, 908, 800, 700, 441, 393, 361, 258, 254, 150, 112, 83, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır",- deyə məlumatda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI