Modern.az

Dələduzluq edən "vəzifəli şəxs" tutuldu

Dələduzluq edən "vəzifəli şəxs" tutuldu

Aktual

16 May 2025, 09:50

Naxçıvanda özünü vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-dən Modern.az-a bildirilib ki, keçirilən tədbirlərlə vətəndaşların etibarından sui-istifadə etməklə çalışdıqları yerlərdə vəzifələrini artırmaq vədi verərək onların maddi vəsaitlərini ələ keçirən 40 yaşlı Elşən Qurbanov barəsində cinayət işi başlanılıb.

E.Qasımov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi