Modern.az

Azərbaycanla Belarus hərbi tibb mütəxəssisləri görüşdü - FOTO

Azərbaycanla Belarus hərbi tibb mütəxəssisləri görüşdü - FOTO

16 May 2025, 10:28

Bakıda Azərbaycan və Belarus respublikaları Müdafiə nazirliklərinin tibb xidmətlərinin nümayəndələri arasında "Hərbi tibb sahəsində əməkdaşlıq" üzrə ikitərəfli görüş keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Belarus nümayəndə heyətinə Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, eləcə də hərbi tibbi təchizatla bağlı brifinq təqdim olunub.

Qonaqlar Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını, Mərkəzi Hərbi və Stomatoloji poliklinikalarını, Hərbi Tibb Fakültəsini, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzini və İstirahət evini ziyarət ediblər.
Hər iki ölkənin nümayəndə heyəti hərbi tibb sahəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi