Vətən müharibəsində canından keçən 66 polis, yaralanan 346 nəfər şəxs, yüksək mükafatlar alan 1400 nəfər hərbi qulluqçu və “Vətən Müharibəsi Qəhrəmanı” ali titulunu qazanan 4 nəfər döyüşçü təkcə daxili işlər orqanlarının deyil, bütövlükdə millətimizin qürur mənbəyidir.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqların komitəsinin sədri Zahir Oruc deyib.
O qeyd edib ki, Qarabağda yeni Vətən quruculuğunda milli polisimiz Prezidentin xüsusi təyinatlı silahdaşlarıdır.
"Azad torpaqlarda təkcə mina, ictimai asayiş, təhlükəsizlik deyil, həm də quruculuğun və inkişafın keşiyində güc orqanları birlikdə dayanır. Ona görə də polisimiz xalqı qoruduğu kimi, cəmiyyətimiz, partiyalarımız, mediamiız və vətəndaşlarımız da polisi qorumalıdır.
Xaricdən yayımlanan bir ovuc milli və sosial simalarını itirən terror mediası - Azad Söz, Osmanqızı və sair tərəfindən hər gün daxili işlər orqanlarına edilən hücumlar casus şəbəkələrinə muzdlu xidmətdir, 21-ci əsrin köləliyidir və dövlətimizi Qələbə gündəliyindən zərrə qədər daşındıra bilməz".