Modern.az

Kenquru Riyaziyyat Müsabiqəsinin final tarixi AÇIQLANDI

Kenquru Riyaziyyat Müsabiqəsinin final tarixi AÇIQLANDI

16 May 2025, 12:34

25 may tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçiriləcək.

Bu barədə Modern.az-a Təhsil İnstitutundan məlumat verilib.

5 regionda (Gəncə, Şirvan, Şəki, Naxçıvan və Bakı) təşkil olunacaq müsabiqədə 2000-dən çox şagirdin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, növbəti həftədən etibarən şagirdlər //kenquru-2025.az/ saytında şəxsi kabinetləri üzərindən buraxılış vərəqələrini yükləyə və çap edə bilərlər.

Eyni zamanda müsabiqənin birinci mərhələsi üzrə elektron formada təqdim olunan iştirakçı sertifikatı və diplomları da şagirdlər şəxsi kabinetlərindən əldə edə bilərlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu