Modern.az

Ukrayna F-16 qırıcısını itirdi

Ukrayna F-16 qırıcısını itirdi

16 May 2025, 12:49

Ukrayna F-16 qırıcısını itirib. Pilot katapult edə bilib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, qırıcı bu gün səhər saatlarında  Rusiya hərbi qüvvələrinin hava hücumunu dəf etmək missiyasını yerinə yetirərkən onunla əlaqə kəsilib.

"İlkin məlumatlara görə, pilot təyyarə topundan istifadə etməklə üç hava hədəfini məhv edib və dördüncü hədəfdə işləyib. Bununla belə, təyyarədə anormal vəziyyət yaranıb", - Ukrayna Hərbi Hava Qüvvələrinin bəyanatında deyilir.

Nəticədə pilot təyyarəni məskunlaşma ərazisindən uzaqlaşdırıb və katapul edib. Axtarış-xilasetmə qrupu artıq onu taparaq təxliyyə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi