Modern.az

Deputat istilik təchizatının özəlləşdirilməsini təklif etdi

Deputat istilik təchizatının özəlləşdirilməsini təklif etdi

Parlament

16 May 2025, 12:56

“Bizdə istilik təchizatı sahəsi özəlləşdirilməlidir, beynəlxalq təcrübə də göstərir ki, özəlləşməyə getmədən bu sahədə uğura nail olmaq çətin olur”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bizdə istiliyin verilməsi konkret günlə müəyyənləşir: “Amma istilik havanın temperaturundan asılı olaraq verilməlidir. Bu həm də xeyli mənada ziyan vurur. İstilik verilən evlərin çoxu 9 mərtəbə panel evlərdir. Havanın soyuması ilə o evlər dərhal soyuyur. Növbəti təklifim ondan ibarətdir ki, vətəndaşlarla imzalanan müqavilələrin nümunəvi forması bu qanuna əlavə olunmalıdır”.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu