Modern.az

Milli Məclisdə sertifikasiya ilə bağlı təklif

Milli Məclisdə sertifikasiya ilə bağlı təklif

Parlament

16 May 2025, 14:02

”Həkimlərin sertifikasiya imtahanından kəsilməsindən sonra birbaşa işdən çıxarılması doğru deyil”.

Modern.az xəbər verir ki, bu sözləri deputat Rəşad Mahmudov Milli Məclisdə keçirilən Əmək Məcəlləsinə, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında”  qanunlarına dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı deyib. 

“Onları yenidən imtahana cəlb etmək lazımdır. İmkan vermək lazımdır ki, 2-ci, 3-cü, 4-cü dəfə imtahan versinlər. Lakin imtahandan kəsilən kimi işdən uzaqlaşdırılması məsələsinə yenidən baxılmalı və qərarlar verilməlidir”. – deyə R. Mahmudov qeyd edib. 

“Həkimləri sıxışdırdıqca bir şey əldə etməyəcəyik”, – deyə o sonda qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu