Modern.az

Putinlə Trampın şəxsi görüşünə ehtiyac var - Peskov

Putinlə Trampın şəxsi görüşünə ehtiyac var - Peskov

Dünya

16 May 2025, 14:46

Rusiya və ABŞ prezidentlərinin şəxsi görüşü, şübhəsiz ki, zəruridir.

Modern.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə TASS-ın sualını cavablandırarkən vurğulayıb.

Onun sözlərinə görə, bu cür danışıqlar ciddi hazırlıq tələb edir.

"Belə bir görüş, şübhəsiz ki, lazımdır", - Kreml nümayəndəsi qeyd edib. O, həmçinin deyib ki, sammit hazırlanmalı və məhsuldar olmalıdır.

“Zirvə görüşündən əvvəl həmişə ekspert danışıqları, məsləhətləşmələr və uzun, gərgin hazırlıq olur, xüsusən də söhbət Rusiya Federasiyasının ilə Amerika Birləşmiş Ştatlarının prezidentlərinin görüşündən gedirsə”, - Peskov qeyd edib.

ABŞ prezidenti Donald Tramp BƏƏ-yə səfəri zamanı belə bir təmas təşkil edə bilən kimi Putinlə görüşmək niyyətində olduğunu bildirib. Ağ Ev-dən verilən bəyanatda deyilib ki, bu cür danışıqların çox yaxında baş tutacağını gözləyirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama