Modern.az

Vahid Tağıyev “Georgi lenti”nə görə İSTEFA VERDİ

Vahid Tağıyev “Georgi lenti”nə görə İSTEFA VERDİ

Ölkə

16 May 2025, 15:37

İmişlidə 9 May tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun vəzifəsindən azad olunmasından sonra onun yerinə müvəqqəti təyin edilən Vahid Tağıyev istefa verib.

Modern.az xəbər verir ki, V.Tağıyev ötən gün istefa ilə bağlı Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyevə müraciət ünvanlayıb.

“İlk dəfə Ağsaqqallar Şurasına gələndə bildirmişdim ki, mən bir neçə ay yaxından kömək edib, sonra ayrılaraq sağlamlığımla məşğul olacağam. Odur ki, xahiş edirəm məni həvalə edilmiş İmişli rayon Ağsaqqallar Şurası sədrliyindən və şura üzvlüyündən azad edəsiniz”, - müraciətdə qeyd olunub.

Xatırladaq ki, İmişli Ağsaqqallar Şurasının sədri Saleh Səmədov rayonda keçirilən 9 May tədbirləri zamanı SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi səbəbindən vəzifəsindən azad edilmişdi. Sədr vəzifəsinin müvəqqəti olaraq birinci müavini Vahid Tağıyevə həvalə olunsa da, sonradan onun da sözügedən tədbirə sinəsinə “Georgi lenti” taxaraq qatıldığı məlum olmuşdu. Onların SSRİ bayrağı və “Georgi lenti” ilə tədbirdə iştirakları cəmiyyətdə narazılıqla qaşılanmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər