ABŞ-ın birinci xanımı Melaniya Trampın 2020-ci ildə doğma şəhəri Sevnitsada qoyulan bürünc heykəli oğurlanıb.
Modern.az xəbər verir ki, hüquq-mühafizə orqanları faktla bağlı araşdırmaya başlayıb.
Donald Tramp ikinci dəfə ABŞ prezidenti seçildikdən sonra nə vaxtsa Melaniyanın vətəninə səfər edəcəyinə dair ümidlər artıb, lakin bu, hələlik baş verməyib. İctimai çıxışlarında nadir hallarda Sloveniyanın adını çəkən ABŞ-ın birinci xanımı da hələ ki inauqurasiya mərasimindən sonra doğulduğu ölkəyə səfər etməyib.
Xatırladaq ki, oğurlanan bürünc heykəl Melaniyanın 2020-ci ildə yandırılmış əvvəlki taxta heykəlinin yerində ucaldılıb.
Bir müddət öncə, “Amazon Prime” studiyası Melaniya Trampın həyatından bəhs edən sənədli film çəkəcəyini elan edib.