Modern.az

“Kapital Bank”ın sponsorluğu ilə “Mosfilm” həftəsi

“Kapital Bank”ın sponsorluğu ilə “Mosfilm” həftəsi

12 Fevral 2014, 09:54

Fevralın 20-dən 25-dək Bakıda “Kapital Bank”ın sponsorluğu ilə “Mosfilm” həftəsi keçiriləcək. “Mosfilm”in çəkdiyi, həmişə böyük maraqla izlədiyimiz filmlər 5 gün ərzində, ilk dəfə olaraq yalnız “28 Cinema”da böyük ekranda nümayiş olunacaq.

Həftəboyu “Sevgi və göyərçinlər”, “Uğur centlmenləri”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, “Moskva göz yaşlarına inanmır”, “Xidməti eşq macərası” və “Brilyant əl” filmlərinin nümayişi nəzərdə tutulub.

Nümayişlər pulsuzdur. Biletləri kinoteatrın kassalarından əldə etmək olar.

 

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU