Modern.az

Ukrayna və Rusiya prezidentlərinin görüşü üzərində işləyirik - Umerov

Ukrayna və Rusiya prezidentlərinin görüşü üzərində işləyirik - Umerov

Aktual

16 May 2025, 18:00

Yaxın gələcəkdə Rusiya ilə Ukrayna arasında “1000-ə 1000” düsturuna əsasən əsir  mübadiləsi aparıla bilər.

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov İstanbulda danışıqlardan sonra bildirib.

“Tarixi bilirik, amma hələ deməyəcəyik”.

Umerovun sözlərinə görə, danışıqlarda atəşkəsin “bütün üsulları” müzakirə olunub. Ukrayna nümayəndə heyətinin rəhbəri daha sonra ətraflı məlumat verəcəyini vəd edib.

O əlavə edib ki, danışıqlar zamanı Ukrayna və Rusiya prezidentləri arasında mümkün görüş müzakirə olunub.

"Biz bu məsələ üzərində işləyirik", - RBC-Ukrayna onun sözlərindən sitat gətirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu