Modern.az

Azərbaycan məktəbliləri ABŞ-də medal qazandılar

Azərbaycan məktəbliləri ABŞ-də medal qazandılar

Təhsil

17 May 2025, 09:35

10-16 may tarixlərində ABŞ-nin Ohayo ştatının Kolumbus şəhərində keçirilən Beynəlxalq Elm və Mühəndislik yarışmasında Sistem proqram təminatı (Systems Software) sahəsində yarışan Avropa Azərbaycan Məktəbinin şagirdi Tağızadə Nicat və Bakı şəhəri 143 nömrəli tam orta məktəbin şagirdi Tural Abdinli müsabiqədə bürünc medal qazanıblar.

Modern.az xəbər verir ki, artıq 14 ildir məktəblilərimiz bu mötəbər yarışda iştirak edir və ötən il də olduğu kimi bu dəfə də Grand mükafat qazanmağa müvəffəq olublar.

Qeyd edək ki, Beynəlxalq Elm və Mühəndislik Sərgisi (Regeneron ISEF) orta məktəb şagirdləri üçün dünyanın ən böyük qlobal elm yarışmasıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu