Modern.az

Müharibəyə hazır olun!

Müharibəyə hazır olun!

17 May 2025, 09:49

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun qvardiya hərbi-hava diviziyasının nəzdindəki aviasiya alayına baş çəkib.

Modern.az Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, K.Ç.In Hərbi Hava Qüvvələrinin aviasiya dəstələrinin döyüş təlimlərinə başçılıq edib.

Bildirilir ki, təlimlər zamanı aviasiya eskadrilyalarının, zenit-raket, radiolokasiya stansiyası və radioelektron mübarizə bölmələrinin hava hücumundan müdafiə tapşırıqlarını yerinə yetirmək üzrə bacarıqları məşq edilib.

Şimali Koreya lideri vurğulayıb ki, ordunun bütün hissələri müharibəyə hazırlıqda köklü dəyişiklik edərək hərbi əməliyyatlara daim hazır olmalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI