Modern.az

Gələn həftə yağış GÖZLƏNİLİR

Gələn həftə yağış GÖZLƏNİLİR

17 May 2025, 15:01

Azərbaycanın rayonlarında mayın 19-u gündüz şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətinidən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu