Modern.az

Azərbaycanda taksi istifadəçilərinin sayında cüzi azalma

Azərbaycanda taksi istifadəçilərinin sayında cüzi azalma

Aktual

17 May 2025, 15:36

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda minik taksiləri ilə 25 514 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 0.1% azdır.

Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-ya təqdim edilən məlumata görə, ötən ilin müvafiq dövründə ölkədə minik taksiləri ilə 25 539.5 min sərnişin daşınıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 582 100.8 min sərnişin daşınıb, bu da illik müqayisədə 6.6% artım deməkdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi