Modern.az

Argentinada daşqınlar - Minlərlə insan təxliyə edildi

Argentinada daşqınlar - Minlərlə insan təxliyə edildi

18 May 2025, 09:43

Argentinanın paytaxtı Buenos-Ayresin şəhərətrafı qəsəbələrində güclü yağışların yaratdığı daşqınlar səbəbindən 7 mindən çox insan təxliyə edilib.

 

Modern.az "La Nación" qəzetinə istinadən xəbər verir ki, üç nəfər itkin düşənlər siyahısındadır. Təxliyə edilənlərdən bəziləri fəlakət bölgəsini özbaşına tərk edib.

 

Mayın 17-dən Buenos-Ayres və onun ətraf ərazilərində güclü yağışlar davam edir. Bu müddət ərzində 400 mm-dən çox yağıntı düşüb. Əyalət hökuməti xəbərdarlıq edib ki, gözlənilən qasırğalı küləklər, yağış və ildırım çaxması səbəbindən təsirlənmiş ərazilərdə qırmızı təhlükə davam edir.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi