Modern.az

ABŞ İranın nüvə ambisiyalarından əl çəkməsini istəyir - Rubio

ABŞ İranın nüvə ambisiyalarından əl çəkməsini istəyir - Rubio

Dünya

18 May 2025, 10:41

ABŞ hakimiyyəti İranın nüvə silahına dair ambisiyalarından əl çəkməsini istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "CBS News" telekanalına müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, Prezident Donald Tramp bu məqsədə sülh yolu ilə nail olmaq niyyətindədir.

 

“O, təkcə İranın nüvə silahına sahib olmamasını deyil, həm də bu ölkənin varlı, dinc və firavan bir dövlətə çevrilməsini istəyir”, – deyə Rubio vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI