Modern.az

Prezident Moskvada əməliyyat olundu

Prezident Moskvada əməliyyat olundu

Təhsil

12 Fevral 2014, 11:56


Qırğızıstan prezidenti Almazbek Atambayev Rusiya paytaxtında cərrahiyyə əməliyyatı olunub. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat prezidentin diz qapağı oynağında keçirilib. Qırğızıstan dövlət başçısının mətbuat xidmətinin yaydığı məlumata görə, həkimlər əməliyyatın uğurlu keçdiyini bildiriblər. Prezidentin yaxın günlərdə Qırğızıstana qayıdacağı gözlənilir. Digər məlumata görə, əməliyyat səbəbindən Atambayev bu gün qısamüddətli məzuniyyətə də çıxıb. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU