Modern.az

Dövlət Yanğın Nəzarəti Xidməti məktəblərdə yanğın təhlükəsizliyi günləri keçirir

Dövlət Yanğın Nəzarəti Xidməti məktəblərdə yanğın təhlükəsizliyi günləri keçirir

12 Fevral 2014, 12:05


Yanğına qarşı təbliğat işini daim diqqət mərkəzində saxlayan Dövlət Yanğın Nəzarəti Xidməti gənclərin, o cümlədən şagird və tələbələrin yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirilməsini prioritet məsələ kimi diqqət mərkəzində saxlayır.

«Yanğın təhlükəsizliyi haqqında» Qanunda, həmçinin Fövqəladə Hallar Nazirliyi (FHN) və nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti haqqında əsasnamələrdə yanğın təhlükəsizliyi qurumları qarşısında əhalinin yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirilməsi üçün müəyyən olunmuş vəzifələ qoyulub. Bu vəzifələrin icrasının səmərəsini artırmaq məqsədilə FHN Dövlət Yanğın Nəzarəti Xidməti «Təhsil müəssisələrində yanğın təhlükəsizliyi» aylığı çərçivəsində Bakı şəhərinin təhsil müəssisələrində orta və ali məktəblərdə, kolleclərdə, liseylərdə  yanğın təhlükəsizliyi  günləri keçirməyə başlayıb.

Buu barədə Modern.az-a Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat  şöbəsinin rəisi, daxili xidmət polkovniki, əməkdar jurnalist Hikmət Xudiyev  məlumat verib.
Yanğına qarşı təbliğat xarakterli ilk tədbirlər Xəzər Universitetində və Bakı şəhərinin Nizami rayonundakı Ə.Mahmudov adına 220 saylı məktəb-liseydə keçirilib.

Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə keçirilən yanğına qarşı təbliğat xarakterli tədbirlərdə qaz və elektrik təsərrüfatında  təhlükəsizlik qaydalarının pozulmasının, o cümlədən qaz cihazlarının nəzarətsiz qalmasının, onların istifadəsinin uşaqlara həvalə  edilməsinin, tüstü bacalarının işlək və təmiz vəziyyətdə olmamasının, standartlara uyğun olmayan qaz və elektrik cihazlarından istifadə olunmasının  və s. kimi halların yanğın, partlayış, zəhərlənmə kimi təhlükə yaratması  xüsusi olaraq vurğulanıb. Eyni zamanda qaz və elektrik cihazlarından istifadə edərkən ailə üzvlərini, ətrafdakıları  bədbəxt hadisələrdən qorumaq üçün təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi bir daha  şagird və tələbələrin diqqətinə çatdırılıb, həmçinin mənzili tərk edərkən qaz cihazlarının söndürülməməsinin, elektrik cihazlarının nəzarətsiz qalmasının, elektrik xəttinin həddən artıq yüklənməsinin, qaz və elektrik  cihazlarının uşaqlara etibar  edilməsinin və s. təhlükə yaratması təbliğ olunub.

Təhsil müəssisələrində keçirilən yanğın təhlükəsizliyi günlərində təhsil müəssisələrinin yanğın təhlükəsizliyini təmin etmək üçün bir sıra qaydalar haqqında da şagird və tələbələrə,  müəllim və texniki işçilərə məlumat verilib, su mənbələrinin qorunması və işlək vəziyyətdə saxlanılması,  təhsil müəssisəsinin ərazisinin daim təmiz vəziyyətdə  olmasının vacibliyi  bildirilib.  

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən təhsil müəssisələrində keçirilən yanğın təhlükəsizliyi günlərində şagird və tələbələr, müəllim və texnik işçilər  yanğın zamanı təxliyyə qaydaları haqqında da məlumatlandırılıb, həmçinin onlara ilkin yanğınsöndürmə vasitələri, onların növləri, təyinatı haqqında ətraflı məlumat verilib.

Məktəb laboratoriyalarında təyinatından asılı olaraq yanğın və partlayış xüsusiyyətləri olan müxtəlif kimyəvi maddələrin, reaktivlərin işlədilməsi, saxlanması ilə bağlı şagirdlər yanğın təhlükəsizliyi qaydaları haqqında məlumatlandırılıb.   

Təhsil müəssisələrində keçirilən yanğın təhlükəsizliyi günlərində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xətti haqqında ətraflı məlumat verilərək, texnogen qəzalar və təbii fəlakətlər, yanğın  baş verdikdə və ya yanğın törədə biləcək hallar yarandıqda dərhal Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə zəng vurulmasının vacibliyi haqda şagird və müəllimlər, texniki işçilər maarifləndiriliblər.

Bakı şəhərinin təhsil müəssisələrində yanğın təhlükəsizliyi günləri davam etdirilir. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU