Milli Məclisin deputatı Azay Quliyev Buxarestdə ATƏT PA-nın qısa müddətli müşahidə missiyasının proqramına uyğun olaraq Rumıniyada mayın 18-də keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı vəziyyəti müzakirə etmək üçün ATƏT-in Demokratiya və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi, həmçinin prezidentliyə namizədlərin təmsilçiləri ilə görüşüb.
Modern.az xəbər verir ki, görüşlər zamanı seçki kampaniyası, seçici siyahısının dəqiqliyi, sabahkı səsvermə və səslərin hesablanması proseduru ətrafında geniş fikir mübadiləsi aparılıb.