Modern.az

Azərbaycanda “İnformasiya psixoloji təhlükəsizliyi haqqında” yeni qanun hazırlanır

Azərbaycanda “İnformasiya psixoloji təhlükəsizliyi haqqında” yeni qanun hazırlanır

12 Fevral 2014, 12:15

“İnformasiya psixoloji təhlükəsizliyi haqqında” yeni qanun layihəsi hazırlanır və sənəd özündə bir sıra məsələləri əks etdirəcək. Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.

Bunu olduqca vacib qanun layihəsi adlandıran komitə sədri bildirib ki, sənəd mətbuatda gedən, dövlət maraq və mənafelərinə zidd olan məlumatların saf-çürük edilməsini özündə ehtiva edir.

“Qanun layihəsində, ümumiyyətlə, çox məsələlər öz əksini tapıb. Hazırda hava limanındayam, qayıtdıqdan sonra bu qanun layihəsi ilə bağlı ətraflı danışarıq. Yoxsa yenə səhv, təhrif olunmuş məlumatlar gedəcək”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...