Modern.az

Avtomobil kreditlərində şərtlər ağırlaşdırıldı - 80% ilkin ödəniş

Avtomobil kreditlərində şərtlər ağırlaşdırıldı - 80% ilkin ödəniş

12 Fevral 2014, 13:08

Mərkəzi Bankın ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul krediti verilməsini, eləcə də kredit xəttinin açılmasını qadağan etməsi avtomobil satışına təsirsiz ötüşməyib. Qərar haqlı narazılıqlara gətirib çıxardı. Bu səbəbdən də qərara yenidən baxılıb.

Məsələnin təfərrrüatını Əmlak Bazarı İşçiləri İctimai Birliyinin icraçı direktoru  Ramil Osmanlı Modern.az-a danışdı:

“Qaydalar çox ağırlaşdırılıb. Yeni avtomobillər üçün 40-50%, istismar müddəti 1-2 il (təkrar bazar) olan avtomobillər üçün isə 70-80% ilkin ödəniş müəyyənləşdirilib. Bu, o deməkdir ki, təkrar bazar kreditdən kənarda qalacaq. Təkrar bazarda avtomobilin qiyməti 10 min manatdırsa, alıcı bu məbləğin 80%-ini ödəməlidir. Burda yalnız alıcı itirəcək. Komisyon, bank, sığorta xərclərini də nəzərə alsaq, yəqin ki, alıcı çatışmayan məbləği kimdənsə borc edib düzəldər, nəinki lazımsız kreditə girər. Mərkəzi Bank yaxın günlərdə qərarın hansı gündən qüvvəyə minəcəyi barədə rəsmi açıqlama verəcək. Yəni bu gün kimsə kreditlə maşın almaq istəsə, bu mümkün olmayacaq”.

 

Gülşən Raufqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU