Modern.az

Polis Cəlilabadda əməliyyat keçirdi - 11 kiloqram narkotik aşkarlandı

Polis Cəlilabadda əməliyyat keçirdi - 11 kiloqram narkotik aşkarlandı

Aktual

19 May 2025, 15:10

Cəlilabad rayonunda polisin keçirdiyi əməliyyatla 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Tədbirlərlə 39 yaşlı Ramid İbadov və 33 yaşlı Elnur Bəşirov saxlanılıblar.

Onlarda ümumilikdə 11 kiloqram marixuana və metamfetamin, əlavə olaraq 99 ədəd metadon həbi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!