Biz Ukraynanı atəşkəs yolunda fəal dəstəkləyəcəyik, Avropa və ABŞ bu məsələdə həmrəydir.
Modern.az xəbər verir ki, bu fikirləri Almaniya kansleri Fridrix Merz sosial şəbəkədə yazıb.
"Avropa sanksiyalar vasitəsilə Moskvaya təzyiqi artıracaq. Bu barədə ABŞ prezidenti Trampla onun Putinlə söhbətindən sonra razılaşdıq", - o əlavə edib.