Modern.az

Füzulinin daha bir qəsəbəsinə mavi yanacaq verildi

Füzulinin daha bir qəsəbəsinə mavi yanacaq verildi

12 Fevral 2014, 14:57

Füzuli rayonunun Üçüncü Zobucuq qəsəbəsinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, qəsəbə ağsaqqalları iştirak ediblər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək respublika əhalisinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə genişmiqyaslı işlər həyata keçirildiyini bildirib, uzun müddət təbii qaz almayan yaşayış massivlərinin “mavi yanacaq”la təmin olunduğunu vurğulayıb. Qeyd edib ki, rayonun 24 şəhər, qəsəbə və kəndi təbii qazla təmin olunub. Qaz çəkilişi davam edir ilin sonunadək bu məsələ tam həll olunacaq.

Rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə məlumat verən Alı Alıyev qəsəbə sakinlərini əlamətdar gün münasibəti ilə təbrik edib.

Qeyd edək ki, 400 abonenti olan qəsəbənin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 18033 kilometr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilmiş, 400 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra rəmzi məşəl yandırılmış və evlərə mavi yanacağın verilməsinə baxış keçirilib.




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU