Modern.az

Zelenski Rusiya ilə dialoq üçün daimi danışıqlar qrupu yaratdı

Zelenski Rusiya ilə dialoq üçün daimi danışıqlar qrupu yaratdı

20 May 2025, 10:00

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə dialoq üçün daimi danışıqlar qrupunun yaradılmasına göstəriş verib.

Modern.az xəbər verir ki, bu barədə prezident İstanbul danışıqlarında Ukrayna nümayəndə heyətinə rəhbərlik edən müdafiə naziri Rüstəm Umerovla görüşündən sonra bildirib.

Müzakirədən sonra Zelenski Telegram kanalında yazıb: “Mən daimi genişləndirilmiş milli danışıqlar qrupunun yaradılmasına göstəriş vermişəm”.

O, hökumətin əsas üzvləri və diplomatik korpusun nümayəndələri ilə görüşüb, müharibəni dayandırmaq və həqiqi sülhün bərqərar olması üçün diplomatik addımları müzakirə edib.

Müdafiə naziri Rustem Umerov mayın 15-16-da Türkiyədə Rusiya ilə aparılan danışıqlarda Ukrayna nümayəndə heyətinin işi barədə məlumat verib. Görüş zamanı hərbi əsirlərin 1000-dən 1000-nə dəyişdirilməsinə dair ilkin razılıq əldə olunub. Hazırda Ukrayna tərəfi bu sazişin həyata keçirilməsinin təfərrüatlarını hazırlayır.

Ukraynanın beynəlxalq tərəfdaşlarla razılaşdırılmış təklifi uzadılma imkanı ilə 30 günlük atəşkəs rejimini nəzərdə tutur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI