Misir Hərbi Hava Qüvvələrinə məxsus hərbi təlim təyyarəsi təlim uçuşu zamanı texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə Misir Silahlı Qüvvələrinin sözçüsü general Qərib Əbdül Hafiz məlumat yayıb.
Onun sözlərinə görə, hadisə zamanı təyyarədəki bütün ekipaj üzvləri həyatını itirib.
Qəza ilə bağlı araşdırma başlayıb.