Modern.az

Ermənistan xüsusi xidmət orqanlarına casusluq edən şəxsə hökm oxundu

Ermənistan xüsusi xidmət orqanlarına casusluq edən şəxsə hökm oxundu

20 May 2025, 12:16

Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə təqsirləndirilən İqbal Əbilovun məhkəmə prosesi yekunlaşıb.

Modern.az APA-ya istinadən xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən İqbal Əbilov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, xarici ölkədə yaşayan İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

İrəli sürülən ittihamla Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI