Modern.az

Bakı və Sumqayıtda oğurluq edənlər tutuldu

Bakı və Sumqayıtda oğurluq edənlər tutuldu

20 May 2025, 12:24

Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birindən qızıl-zinət əşyaları və 700 manat pul oğurlanıb.

Modern.az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı S.Məmmədov saxlanılıb.

Bundan başqa, Nəsimi və Nizami rayonlarında 2 nəfərin mobil telefonlarını oğurlamış 30 yaşlı A.Abbasov və 52 yaşlı C.Kərimov da saxlanılıblar.

Araşdırmalar aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi