Modern.az

Arif Quliyev müalicəsindən danışdı

Arif Quliyev müalicəsindən danışdı

12 Fevral 2014, 15:54


“Səhhətim indi yaxşıdır. Laçın sağlamlıq mərkəzində müalicə alıram”. Bunu Modern.az-a açıqlamasında xalq artisti Arif Quliyev deyib. Xalq artistinin sözlərinə görə, səhhəti yaxşılaşır:

“Şükür Allaha, indi yaxşıyam. Beyinə gedən sinirlərdə qanvermə bir az zəifləyib. Onunla əlaqədar elə orada müalicəvi kurslar, müalicəvi əməliyyatlar aparılır”.

Xatırladaq ki, A. Quliyev bir müddət əvvəl səhhətində problemlər olduğunu bildirmişdi.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU