Mərakeşin Kralı VI Məhəmməd Prezident İlham Əliyevi təbrik edib.
Modern.az xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri, əziz Qardaşım.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq, xalqınıza daha çox tərəqqi və firavanlıq arzulamaq mənə böyük məmnunluq verir.
Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin və qarşılıqlı ehtiramın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.
Mən, həmçinin xalqlarımızın rifahı naminə əməkdaşlığımızı bütün sahələrdə daha da dərinləşdirmək və genişləndirmək üçün Zati-alinizlə birgə işi davam etdirməkdə maraqlıyam".
***
İsveçin Kralı XVI Karl Qustav Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Modern.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.
Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm".
****
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Modern.az xəbər verir ki, təbrikdə deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edir və ən xoş arzularımızı çatdırırıq.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirik.
Zati-alinizə ən dərin hörmət və ehtiramımızı bildiririk".