Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Modern.az xəbər verir ki, təbrikdə deyilir:
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına daha sürətli inkişaf arzulayıram”.
***
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
Modern.az xəbər verir ki, təbrikdə deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi, ölkənizin daha da inkişafı və rifahı naminə ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Misir Azərbaycanla illər ərzində uğurla inkişaf edən və ortaq maraqlarımızın irəlilədilməsinə yönəlmiş güclü öhdəliklə möhkəmlənən səmimi və yaxın ikitərəfli münasibətləri yüksək qiymətləndirir.
Fürsətdən istifadə edərək, qarşıdakı illərdə Misir-Azərbaycan əlaqələrinin daha da dərinləşməsində və dost xalqlarımızın qarşılıqlı rifahı naminə əməkdaşlığımızın şaxələndirilməsində Misirin maraqlı olduğunu bir daha vurğulamaq istəyirəm.
Hörmətli cənab Prezident, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, dost Azərbaycan xalqına davamlı inkişaf və firavanlıq arzulayıram".
***
Malavi Respublikasının Prezidenti Lazarus Makkarti Çakver Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Modern.az xəbər verir ki, təbrikdə deyilir:
"Milli bayramınız - 28 May – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Malavi hökuməti, xalqı adından və öz adımdan təbrik etməkdən məmnunluğumu bildirirəm.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın rifahı naminə qarşıdakı illərdə də möhkəmlənəcəyinə ümidimi ifadə edirəm.
Zati-aliləri, Sizə cansağlığı, Azərbaycan xalqına firavanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".
***
Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Modern.az xəbər verir ki, təbrikdə deyilir:
"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya hökuməti və xalqı adından ən xoş arzularımı çatdırıram.
Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcəkdir".