Modern.az

16 yaşlı qızı öldürüb Kürə atdı - Rəsmi açıqlama

16 yaşlı qızı öldürüb Kürə atdı - Rəsmi açıqlama

20 May 2025, 20:31

Mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub..

Modern.az-ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, ilkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

***

15:56

Sabirabadda qətl hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.

Güdəcühür kənd sakini, 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu aralarında yaranmış münaqişə zəminində, qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü N.Ə.-ni qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb.

Hazırda Kür çayında meyitin axtarışları aparılır.

Faktla bağlı araşdırma gedir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular