Onlar eyni göstəriciyə görə qızıl medal aldılar
Sloveniyalı Tina Maze və isveçli Dominik Qizin Soçi Olimpiadasında sürətli xizəksürmə yarışında eyni yarışda qızıl medal qazanıblar. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bununla da xizəkçi qızlar Maze ilə Qizin qış Olimpiya oyunları tarixinə düşüblər.
Əvvəllər olimpiya medalı eyni göstəriciyə görə 1992 və 1998-ci illərdə verilib. O zaman Albervildə keçirilən oyunlarda amerikalı Diann Roffe və avstriyalı Anita Vaxter maneələri dəf edə-edə ayaq xizəyi ilə dağdan enməkdən ibarət yarışda gümüş medal qazanıblar.
1998-ci ildə isə belə göstərici ilə avstriyalı Hank Knauss və isveçrəli Didye Kuşe tarixə düşüb.
Xatırladaq ki, bu gün Maze və Qizin hər ikisinin göstəricisi eyni – 1.41.57 olub.
Modern.az