Modern.az

Prokuror "Abzas Media işi"ndə onlara bu qədər cəza istədi

Prokuror "Abzas Media işi"ndə onlara bu qədər cəza istədi

20 May 2025, 16:56

"Abzas Media" əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Modern.az Apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokurorun çıxışı

Prokuror təqsirləndirilən Ülvi Həsənlinin 12, Sevinc Vaqifqızının (Abbasova) 11, Məhəmməd Kekalovun 11, Nərgiz Absalamovanın 11, Hafiz Babalının 12, Elnarə Qasımovanın 11, Fərid Mehralızadənin 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.

Proses iyunun 10-da davam etdiriləcək.

Qeyd edək ki, 2023-cü il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

“Abzas Media” işi üzrə ittiham

Onlar barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə Cinayət Məcəlləsinin bir sıra, o cümlədən 193-1.3.2-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham verilib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI