Modern.az

Avtobusun şüşəsini sındıran sərnişin saxlanıldı

Avtobusun şüşəsini sındıran sərnişin saxlanıldı

20 May 2025, 22:22

Mayın 17-də paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub.

 

Modern.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Ruslan Qurbanov saxlanılaraq məsuliyyətə cəlb edilib.

 

Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI