Modern.az

16 yaşlı Nuranənin ölümü ilə bağlı yeni TƏFƏRRÜAT

16 yaşlı Nuranənin ölümü ilə bağlı yeni TƏFƏRRÜAT

Hadisə

20 May 2025, 22:52

Sabirabadda 16 yaşlı Nuranə Ələkbərova 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə tərəfindən qətlə yetirilərək Kür çayına atılıb.

Modern.az xəbər verir ki, onların yaxınları hadisə ilə bağlı “Xəzər Xəbər”ə danışıblar.

Onlar bildiriblər ki, Seyidrəsul Nuranənin 15 yaşı olandan onunla qeyri-rəsmi nikahda yaşayıb:

“Bir il olar bir yerdə idilər. Övladları yox idi. Mən nə deyim, hər ailədə söz-söhbət olur”.

Qeyd edək ki, T.Seyidrəsul 17 may tarixində birgə yaşadığı 16 yaşlı Nuranəni Kür sahilində qətlə yetirib. Səhəri gün cəsədi özü ilə gətirərək çaya atıb. Hadisədən 3 gün sonra polisə gedərək əməlini etiraf edib və təslim olub.

Ətraflı süjetdə: 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu