Modern.az

Erməni etirazçılar Lavrovla iranlı naziri səhv saldılar

Erməni etirazçılar Lavrovla iranlı naziri səhv saldılar

Dünya

21 May 2025, 09:02

İrəvanın Zvartnots hava limanında İranın müdafiə naziri Əziz Nəsirzadənin kortejini Rusiyanın xarici işlər naziri Sergey Lavrovun nümayəndə heyəti ilə səhv salaraq ona qarşı "etiraz" aksiyası keçirilib.

Modern.az-ın məlumatına görə, bu barədə TASS xəbər yayıb.

Aksiya Ermənistanın "Respublika Naminə" partiyasının fəalları tərəfindən təşkil edilib.

İran müdafiə nazirinin korteji keçərkən anti-Rusiya fəalları aksiyaya başlayıb. Yerli KİV-lərdə nümayişin videosu "Lavrov İrəvanda etirazla qarşılanıb" yazısı ilə yayımlanıb. Məlumata görə, bu vaxt Lavrov hələ Ermənistanın paytaxtına hələ gəlməyibmiş.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI