Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərə növbəti dəfə xəbərdarlıq edib. Dövlətqaçqınkom-un mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, köçürmə zamanı bəzi məcburi köçkünlər köçürülən obyektdə yaşamadığından, ev almaq üçün sonradan gəlib həmin obyektlərə müxtəlif qanunsuz yolla yerləşərək, hədə-qorxu gəlməklə ev almaq istəyirlər.
“Bildiririk ki, hazırda Gəncə şəhəri ərazisində 1500 ailəlik yeni salınmış şəhərciyə məcburi köçkünlərin köçürülməsi aparılır. Bu günə kimi 960 ailə köçürülüb. Köçürülmə prosesi “Dövlətqaçqınkom”un, Kəlbəcər rayon icra hakimiyyətinin, Kəlbəcər rayon polis şöbəsinin, Gəncə şəhər icra hakimiyyətinin, Gəncə şəhər polis şöbəsinin nümayəndələrinin və məcburi köçkün icmalarının iştirakı ilə xüsusi yaradılmış komissiya tərəfindən mənzillərin püşkatma yolu ilə ailə tərkibinin sayı nəzərə alınmaqla yüksək şəffaflıq şəraitində həyata keçirilir. Hazırda işlər uğurla davam etdirilir. Lakin təəssüflər olsun ki, köçürmə zamanı bəzi məcburi köçkünlər köçürülən obyektdə yaşamadığından, ev almaq üçün sonradan gəlib həmin obyektlərə müxtəlif qanunsuz yolla yerləşərək, hədə-qorxu gəlməklə ev almaq istəyirlər. “Dövlətqaçqınkom”un mətbuat xidməti olaraq bir daha məcburi köçkünlərin nəzərinə çatdırırıq ki, köçürülmə zamanı bu cür hallara yol verməsinlər və bu sahədə işlər tam nəzarətdə olduğundan bütün neqativ halların qarşısı alınacaq”.
Bu gün Kəlbəcər rayonundan olan məcburi köçkün, 1980-ci il təvəllüdlü Səxavət Həbib oğlu Məmmədov 2001 və 2009-cu il təvəllüdlü övladları ilə Gəncə Dövlət Universitetinin yataqxanasının damına çıxaraq intihar edəcəyini bildirib. Səxavət Məmmədov ev bölgüsü zamanı ona qarşı haqsızlıq olduğunu əsas gətirib. S Fövqəladə Hallar əməkdaşları inu intihar yolundan döndərib.
Sonradan isə məlum olub ki, o, Gəncə şəhərində deyil, Goranboy rayonun Mşəli kəndində yaşayır. Gəncədəı salınan yeni şəhərciyə isə yalnız Gəncədə yataqxanalarda məskunlaşan məcburi köçkünlər yerləşdirilir.
Aytən ƏLİYEVA