Modern.az

Azərbaycan gənclərinin bu il təhsil alacağı xarici ali məktəblərin SİYAHISI

Azərbaycan gənclərinin bu il təhsil alacağı xarici ali məktəblərin SİYAHISI

12 Fevral 2014, 18:21

2014/2015-ci tədris ilində azərbaycanlı gənclərin xaricdə təhsil ala biləcəyi ali təhsil müəssisələrinin siyahısı təsdiqlənib. Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, azərbaycanlı gənclərin xaricdə təhsil alması məqsədilə seçilmiş ali təhsil müəssisələrinin və xaricdə təhsil prioritet ixtisas istiqamətlərinin siyahısı fevralın 10-da təsdiq olunub.

Yeni siyahıya əsasən 2014/2015-ci tədris ilin azərbaycanlı gənclər dövlət proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək hüququna malik olacaqlar.

Prezident yanında Təhsil üzrə Komissiya sədrinin 11 nömrəli, 10.02.2014-cü il tarixli sərəncamı ilə təsdiq olunan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan gənclərinin 2014/2015-ci tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı ilə buradan  tanış ola bilərsiniz.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU