Modern.az

Ölkədə idxal kəskin artıb - Səbəbi bu imiş

Ölkədə idxal kəskin artıb - Səbəbi bu imiş

İqtisadiyyat

21 May 2025, 13:52

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın idxalının dəyərinin ötən ilin eyni dövrünə nisbətən 2 milyard 667,9 milyon ABŞ dolları və yaxud 48,8 % artması, bununla da xarici ticarətdəki müsbət saldonun illik müqayisədə 4,15 dəfə azalması ölkəyə gətirilən qeyri-monetar qızılla bağlıdır.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Belə ki, 4 ay ərzində Azərbaycana 2 milyard 527,3 milyon ABŞ dolları dəyərində qeyri-monetar qızıl idxal edilib ki, bu da 1 il əvvələ nisbətən 8,6 dəfə çoxdur.

"Qeyri-monetar qızılın idxalı nəzərə alınmadan ölkənin idxalının dəyəri 5 milyard 605,6 milyon ABŞ dolları (illik müqayisədə 8,4 % çox), xarici ticarətdə müsbət saldo isə 3 milyard 179,1 milyon ABŞ dolları (6,1 % çox) təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI