Modern.az

Ceyhun təzəlikcə evlənibmiş: həyat yoldaşını xilas etmək istəyərkən ölüb

Ceyhun təzəlikcə evlənibmiş: həyat yoldaşını xilas etmək istəyərkən ölüb

Hadisə

21 May 2025, 15:24

ABŞ-nin Florida ştatının Mayami şəhərində həmyerlimiz Ceyhun Sadibəylinin öldüyü hadisə ilə bağlı bəzi detallar üzə çıxıb.

Modern.az xəbər verir ki, yaxınlarının bildirdiyinə görə, əslən Yardımlı rayonundan olan 24 yaşlı Ceyhun bir neçə ay əvvəl ailə həyatı qurubmuş. O, Bostondakı şirkətdə satış meneceri vəzifəsində çalışırmış.

Mərhumun əmisi “Bakupost”a bildirib ki, C.Sadibəyli həyat yoldaşı ilə Mayamiyə istirahətə gedib və xanımının suda boğulduğunu görərək onu xilas etməyə çalışıb. Bu zaman qadın xilas olsa da, Ceyhun suda boğularaq ölüb.

Onun cənazəsinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, C. Sadibəyli 665 balla ADA Universitetinin biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər