Modern.az

Paşinyan Lavrovla nəyi müzakirə etdi...

Paşinyan Lavrovla nəyi müzakirə etdi...

Dünya

21 May 2025, 23:30

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Modern.az xəbər verir ki, Paşinyan görüşdə Ermənistanla Rusiya Federasiyası arasında münasibətlərin hazırkı vəziyyətini şərh edib.

Sergey Lavrov qəbula görə minnətdarlığını bildirib və Rusiyanın Ermənistanla münasibətləri inkişaf etdirməyə hazır olduğunu vurğulayıb.

Həmsöhbətlər Ermənistan-Rusiya ikitərəfli gündəliyi, Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI