“Savadlı, bacarıqlı və həvəskar tələbələri “SABAH” brendi adı altında birləşdirmək istəyirik “. Modern.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
"Təhsilin keyfiyyətində tələbə-müəllim vəhdəti əsas rol oynayır. "Təhsilin keyfiyyətində insan amili –tələbə və müəllim təhsilin keyfiyyətini şərtləndirən əsas amildir. Savadlı və bacarıqlı olmaq, seçdiyi ixtisasa həvəslə yanaşaraq “SABAH” qruplarına qoşula bilərlər. Bu qruplarda dərs keçən müəllimlərin xüsusi nüfuzunun olması əsas prioritetdir. Xaricdə təhsil almış tələbələrdən bu istiqamətdə istifadə edilməsi də planlaşdırılır. Həmçinin Azərbaycan ali təhsil müəssisələrinə xaricdən tələbə cəlb etmək üçün “SABAH” qrupları mühüm rol oynayacaq. Bunun üçün nazirlik tabeliyində bu işlə məşğul olacaq qrup yaradılacaq".
Mikayıl Cabbarov tələbələrin problemlərindən də danışıb.
" Həmçinin işəgötürənlərlə sıx əlaqə qurmaq niyyətindədir. Onlarla görüşdə bildirirlər ki, tələbələrin praktik bacarıqlarında problemin olduğunu bildirirlər. Biz də bu problemdən xəbərdarıq. Hesab edirik ki, ali təhsili uyğurla başa vurmuş tələbələr iş adamları üçün potensial kadr olmalıdır. Bu istiqmaətdə “SABAH” qrupları mühüm rol oynayacaq. Bu məsələdə işəgtürənlərin tələbələrin hazırlığında iştirakı planlaşdırılır. Bu işdə təcrübəli iş adamları, ictimai-siyasi fəaliyyəti olan şəxslər iştirak edəcək".
Nazir həmçinin deyib ki, ali təhsil müəssisələrində təhsil alanların sayı heç vaxt bu qədər çox olmayıb.
““SABAH” qruplarının yaradılmasına növbəti tədris ilindən başlanacaq. Bu, ilk növbədə müəllim və tələbələrin akademik mühitinin yaradılmasına xidmət edəcək. Bu istiqəmətdə əlimizdən gələni edəcəyik"-vurğulayıb.
Namidə BİNGÖL